Paşha Bank
Bank Of Baku

“Atəşgah” Sığortadan 30 illik yubileyə özəl avtomobil kampaniyası

“Atəşgah” Sığortadan 30 illik yubileyə özəl avtomobil kampaniyası
# 24 noyabr 2026 12:50 (UTC +04:00)

Bu il 30 illik yubileyini qeyd edən “Atəşgah” Sığorta Şirkəti ASC bu əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd etmək məqsədilə xüsusi kampaniyaya start verir.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, yubiley münasibətilə təşkil olunan kampaniya çərçivəsində iştirakçılar avtomobil qazanmaq şansı əldə edəcəklər.

Şirkətin 30 illik fəaliyyətinə həsr olunan kampaniya müştərilərlə münasibətlərin daha da möhkəmləndirilməsi və yubiley sevincinin onlarla bölüşülməsi məqsədi daşıyır. Bu təşəbbüslə “Atəşgah” Sığorta Şirkəti yubileyini müştəriləri üçün də xüsusi fürsətə çevirməyi hədəfləyir.

Kampaniyada Əmlak və ya Səyahət sığortası üzrə qüvvədə olan sığorta müqaviləsinə malik fiziki şəxslər iştirak edə bilərlər. Beləliklə, qeyd olunan sığorta məhsullarından biri üzrə qüvvədə olan müqaviləyə malik şəxslər kampaniyada iştirak edərək avtomobil qazanmaq imkanı əldə edirlər.

Kampaniyanın ətraflı iştirak şərtləri, qaydaları və hədiyyələrin tam siyahısı ilə “Atəşgah” Sığorta Şirkətinin rəsmi internet saytında tanış olmaq mümkündür.

https://polis.ateshgah.com/ops/30il?utm_source=apa.az-30&utm_medium=website&utm_campaign=apa.az-30&utm_id=30il&utm_content=klik

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR