Ukraynalı nazir müavini: ABŞ silahları ilə Rusiyaya zərbələr endirməyə icazə verməlidir

Ukraynalı nazir müavini: ABŞ silahları ilə Rusiyaya zərbələr endirməyə icazə verməlidir
# 09 avqust 2024 14:04 (UTC +04:00)

ABŞ tərəfi ölkəmizə göndərilən silahlardan Rusiyaya zərbələr endirməyə icazə verməlidir.

APA Ukraynanın Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının təmsilçiləri ilə görüşdə nazir müavini Aleksandr Balanutsa bildirib.

O deyib ki, Rusiya tərəfi uşaq xəstəxanasına zərbələr endirdiyi halda vəziyyətin eskalasiyasının yolverilməzliyi barədə səslənən fikirlər əsassızdır.

Müzakirələrin diqqət mərkəzində həmçinin, rəsmi Vaşinqtonun Ukraynaya dəstəyinin formatı və onun gələcəkdə də davam etdirilməsi ilə bağlı məsələlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR