Ursula von der Leyenin Avropa Komissiyası prezidentliyinə namizədliyi təsdiqlənə bilər

Ursula von der Leyenin Avropa Komissiyası prezidentliyinə namizədliyi təsdiqlənə bilər
# 19 fevral 2024 17:00 (UTC +04:00)

Ursula von der Leyenin Avropa Komissiyası prezidentliyinə namizədliyi təsdiqlənə bilər.

APA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Nəşr bildirib ki, onun namizədliyi 7 mart tarixində mühafizəkar Avropa Xalq Partiyasının Buxarestdə keçiriləcək qurultayında təsdiqlənə bilər.

Qeyd olunduğu kimi, Ursula von der Leyenin yenidən Komissiyanın rəhbəri seçilərsə, Avropa İttifaqı tarixində ilk dəfə olaraq Avropanın müdafiə üzrə komissarı postunu yaratmaq istəyir.

Mart ayında o, Aİ-nin hərbi sənayesi üçün, Ukraynanın da inteqrasiya olunduğu strategiyanı təqdim edəcək. Onun fikrincə, avropalılar ilin sonuna qədər Kiyevə yeni tanklar, helikopterlər və 1 milyon mərmi vəd edərək, döyüş meydanında Rusiyanı üstələməlidir.

Xatırladaq ki, NATO Alyansı Ursula von der Leyenin yeni NATO lideri təyin edilməsini müzakirəyə çıxarmışdı, lakin Almaniya Kansleri Olaf Şolts onun anti-Rusiya mövqeyinə görə buna qəti şəkildə qarşı çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR