Bank Of Baku

ÜST: Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge

© APA | Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge

# 20 avqust 2024 14:04 (UTC +04:00)

Meymunçiçəyi nə COVID-19, nə də onun ştammıdır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, ayrı-ayrı ölkələr COVID-19-un yayılmasını nəzarətdə saxlamağı bacarır. H. Klüge onu da əlavə edib ki, hazırda təmsil etdiyi qurumda meymunçiçəyinə qarşı mübarizə tədbirləri nəzərdən keçirilir:

“Bizim bu virusa qarşı verəcəyimiz reaksiyadan çox şey asılıdır. Çünki meymunçiçəyi həm Avropa, həm də dünya üçün kritik sınaq olacaq”.

H. Klüge bir sıra ölkələr üçün profilaktik tövsiyələrin təkmilləşdirilməsi məqsədilə iş aparıldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR