Bank Of Baku

Hollandiyada tramvayda atəş açmaqda şübhəli bilinən üçüncü şəxs saxlanılıb

Hollandiyada tramvayda atəş açmaqda şübhəli bilinən üçüncü şəxs saxlanılıb
# 19 mart 2019 12:14 (UTC +04:00)

Hollandiya polisi Utrext şəhərində tramvayda atəş açmaqda şübhəli bilinən üçüncü şəxsi saxlayıb.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Hollandiya Teleayayım Korporasiyası (NTK) məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl aralarında 37 yaşlı Türkiyə əsilli Gökmən Tanışın da olduğu iki nəfər həbs edilib.

Bildirilir ki, hücum edən şəxs iki həftə öncə polis tərəfindən saxlanılıb. O, velosiped oğurluğu, soyğunçuluq və zorlamada şübhəli bilinir.

Bəzi KİV-lərin məlumatına görə, Gökmən Tanış narkotik istifadəçisi olub və psixoloji problemləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR