Macarıstan Baş naziri Viktor Orban Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Baş nazir “Twitter”də yazıb.
“Türkiyədə baş vermiş bugünkü faciəvi zəlzələ ilə əlaqədar Türkiyə xalqına və Prezident Ərdoğana başsağlığı verirəm. Həlak olanların ailələrinə səbr diləyirəm. Macarıstan hakimiyyətinə Türkiyəyə təcili yardım göstərmək barədə tapşırıq vermişəm” – deyə Orban qeyd edib.
Macarıstan səfiri Viktor Matis axtarış-xilasetmə qrupunun bu gün Türkiyədə olacağını bildirib.