Bakı-APA. “Egypt Air” aviaşirkətinə məxsus təyyarə Yunanıstanın paytaxtı Afinada təcili eniş edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna təyyarədə texniki nasazlığın yaranması səbəb olub.
Təyyarənin Qahirə-Paris marşrutu üzrə uçduğu bildirilir. Sərnişinlər hadisədən 2 saat sonra digər təyyarə ilə Parisə göndəriliblər.
Hadisə nəticəsində zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.