APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Agentliyə məlumat verən mənbə bildirib ki, Rusiya ilə digər 7 dövlətin mövqeyi fərqlənir.
Xatırladaq ki, Şimali İrlandiyanın Lox Ern turizm zonasında “Böyük səkkizlər”in sammiti keçirilir. Bu gün liderlər Suriya böhranını müzakirə ediblər.