Bank Of Baku

Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç 

© APA | Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç 

# 06 iyun 2026 13:11 (UTC +04:00)

Gəncədə Avropa İttifaqının "Avropa Şəhərciyi-2026” tədbirinin açılış mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, açılış mərasimi şəhərin Heydər Əliyev meydanında "Avropa Şəhərciyi"ində baş tutub.

Qeyd olunub ki, Azərbaycanla 30 illik tərəfdaşlıq mövzusunda keçirilən “Avropa Şəhərciyi - 2026” tədbiri Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədbirə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçdən olan nümayəndələr də qatılıb.

Qonaqlar Aİ-yə üzv dövlətlərin çadırlarını ziyarət etməklə Aİ haqqında daha çox məlumat əldə etmək imkanı əldə ediblər. Bütün yaş qrupları üçün fəaliyyət proqramları təqdim edililib.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxış edərək bildirib ki, Avropa Şəhərciyi Azərbaycan ictimaiyyətinə Aİ-ni kəşf etmək üçün əvəzsiz bir fürsət verir: "Bu, Avropaya açılan bir pəncərədir. Bu il Aİ ilə Azərbaycan arasında 30 illik tərəfdaşlığı qeyd etməkdən qürur duyuruq. 1996-cı ildən bəri çox şey əldə etmişik: kənd təsərrüfatından tutmuş biznesin inkişafına, səhiyyə, təhsil, ətraf mühit və bir çox digər sahələrdə Azərbaycan xalqına faydalı olan yüzlərlə layihə həyata keçirilib. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investoru olmaqdan qürur duyur. Biz tərəfdaşlığımızı daha da gücləndirmək öhdəliyimizə sadiq qalırıq”.

Tədbir çərçivəsində Heydər Əliyev parkında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və səfirlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, bu, Gəncədə keçirilən ikinci Avropa Şəhərciyi tədbiridir. İlk "Avropa Şəhərciyi" 2016-cı ildə Gəncənin "Avropa Gənclər Paytaxtı" elan edilməsi münasibətilə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR