Bank Of Baku

“Brexit”in başlanma tarixi məlum olub

“Brexit”in başlanma tarixi məlum olub
# 11 mart 2017 02:39 (UTC +04:00)

Martın 14-də Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər.

 

APA-nın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi nazirlər kabinetinin təkidi göstərilir.

 

Martın 13-də Böyük Britaniyanın İcmalar palatası Lordlar palatasının  “Brexit”lə bağlı qanun layihəsinə daxil etdiyi dəyişiklikləri müzakirə edəcək.

 

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR