Bank Of Baku

“Nokia” məşhur 3310 telefon modelinin istehsalını bərpa edir

“Nokia” məşhur 3310 telefon modelinin istehsalını bərpa edir
# 14 fevral 2017 23:32 (UTC +04:00)

“Nokia” brendinə sahib olan Finlandiyanın “HMD Global Oy” şirkəti “Mobile World Congress” sərgisində vaxtilə  məşhur “Nokia 3310” mobil telefon modelinin müasir versiyasını təqdim etməyi planlaşdırır.

 

APA-nın “VentureBeat”a istinadən verdiyi xəbərə görə, 2000-ci illərin əvvəlində məşhur olan telefonun qiyməti 59 avro təşkil edəcək.

 

Şirkətin məlumatında bildirilir ki, nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək.    

 

Bundan başqa, sərgidə Nokia 3  (€149), Nokia 5 (€199) və Nokia 6 (€249) smartfon modelləri də təqdim ediləcək.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR