Bank Of Baku

"Normandiya dördlüyü”nün görüşünün vaxtı və yeri məlum olub

"Normandiya dördlüyü”nün görüşünün vaxtı və yeri məlum olub
# 11 oktyabr 2016 09:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Normandiya dördlüyü”nə daxil olan ölkələrin dövlət başçılarının görüşünün vaxtı məlum olub.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov “Europe 1” radiosuna müsahibəsində deyib.

 

O bildirib ki, görüş oktyabrın 19-da Berlində baş tutacaq. Səfirin sözlərinə görə, Almaniya kansleri Angela Merkel ölkə liderlərini həmin gün Berlində axşam yeməyinə dəvət edib.

 

Qeyd edək ki, sonucu dəfə “Normandiya dördlüyü”nün görüşü 2015-ci il oktyabrın 5-də Parisdə Yelisey sarayında baş tutub. Bu qrupa Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR