Bank Of Baku

Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO

Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
# 14 iyun 2026 08:15 (UTC +04:00)

2026-cı il futbol üzrə dünya çempionatının D qrupunda mübarizə aparan Türkiyə millisinin Avstraliyaya qarşı oyunu ölkənin müxtəlif şəhərlərində böyük maraqla izlənilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən qarşılaşmada Türkiyə yığmasına dəstək olmaq üçün minlərlə azarkeş küçələrə və meydanlara toplaşıb.

Vankuverdə baş tutan görüş Türkiyə vaxtı ilə səhər saat 07:00-da başlamasına baxmayaraq, vətəndaşlar günün erkən saatlarından etibarən müxtəlif şəhərlərdə yaradılmış ictimai izləmə məkanlarına axışıblar.

Meydanlarda və açıq hava ekranlarının quraşdırıldığı ərazilərdə izdiham müşahidə olunub, azarkeşlər milli komandanı birlikdə dəstəkləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR