Bank Of Baku

"Rustavi azot" kimya zavodunun qarşısında yenə etiraz aksiyası keçirilib

"Rustavi azot" kimya zavodunun qarşısında yenə etiraz aksiyası keçirilib
# 04 fevral 2017 23:55 (UTC +04:00)

Fevralın 4-də  "Rustavi azot" zavodunun qarşısında yenə etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, etiraz mitinqi həmin gün daha geniş şəkildə keçirilib. Aksiyada keçmiş zavod  işçiləri və həmkarlar ittifaqının nümayəndələri, tələbələr və digər iştirakçılar “Rustavi müəssisəsinin işçiləri şərtsiz olaraq işlərinə bərpa olunsun!" tələbi ilə çıxış ediblər. Aksiya iştirakçıları tələblərində  yeni əmək müqaviləsi  hazırlanmasını və  mövcud əmək müqavilələrinin ləğv edilməsini tələb ediblər.

 

İştirakçılar bildiriblər ki, onların tələbi qəbul olunmazsa,  etiraz aksiyası davam edəcək.

Müəssisənin metallurgiya, dağ-mədən və kimya sənayesi həmkarlar ittifaqının  sədri  Tamaz Dolaberidze bildirib ki, etiraz aksiyası çərçivəsində bazar ertəsi Tiflisdəki Azadlıq meydanından "Gürcüstan Bankı “nın mərkəzi filialının qarşısınadək  yürüş təşkil olunacaq: “Biz ölkə iqtisadiyyatına daha çox töhfə veririk. Buna görə də hüququmuzun bərpası uğrunda sona qədər mübarizə aparacağıq”, - deyə  T. Dolaberidze bildirib.

 

Qeyd edək ki, Rustavidə fəaliyyət göstərən “Rustavi azot” kimya zavodunun qarşısında 9 gündür ki, etiraz aksiyası keçirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR