Bank Of Baku

Abdulla Gül: “Ölkədə vicdan və ədalətə uyğun olmayan durumlar görürəm”

Abdulla Gül: “Ölkədə vicdan və ədalətə uyğun olmayan durumlar görürəm”
# 10 fevral 2017 14:29 (UTC +04:00)

Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A. Gül bu qərarlardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan durumdur. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.  

 

A. Gül yaranmış vəziyyəti üzüntü ilə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”.

 

Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR