Bank Of Baku

ABŞ-a məxsus hərbi gəmi Qara dənizi tərk edib

ABŞ-a məxsus hərbi gəmi Qara dənizi tərk edib
# 11 fevral 2017 23:44 (UTC +04:00)

ABŞ-a məxsus “USS Porter” hərbi gəmisi fevralın 11-də Qara dənizi tərk edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin altıncı donanmasının mətbuat xidmətinin məlumatında bildirilir.

 

Gəmi fevralın 2-də Qara dənizə daxil olub. Məlumata əsasən, gəmi “təhlükəsizliyin təmin olunması üzrə əməliyyatlar keçirib” və “Sea Shield 2017” (“Dəniz qalxanı-2017”) beynəlxalq təlimlərdə iştirak edib.  

 

Təlimlərə Rumıniya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İspaniya, ABŞ, Kanada və Ukraynadan 2800-dək hərbçi, 15 gəmi və 10 təyyarə qatılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR