Bank Of Baku

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub
# 08 fevral 2017 00:04 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

 

APA-nın  verdiyi məlumata görə, bu barədə “Anadolu” xəbər verib. Danışığın təfərrüatları hələlik açıqlanmır. 

 

Türkiyə KİV-ləri ABŞ və Türkiyə prezidentlərinin ilk telefon danışığının 45 dəqiqə davam etdiyini bildirirlər. Mənbələr telefon danışığının məhsuldar və müsbət olduğunu qeyd ediblər.  

 

Bundan əvvəl bildirilmişdi ki, telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı bildirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR