Bank Of Baku

Aİ Niderland referendumunu nəzərə almadan Ukrayna ilə vizasiz rejim tətbiq edəcək

Aİ Niderland referendumunu nəzərə almadan Ukrayna ilə vizasiz rejim tətbiq edəcək
# 11 aprel 2016 08:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Komissiyası Niderlandda Ukrayna ilə Aİ arasında imzalanmış assosiasiya sazişi ilə bağlı keçirilən referendumun nəticələrindən asılı olmayaraq apreldə bu ölkə ilə vizasız rejimin tətbiqini təklif edəcək.

 

APA-nın məlumatına görə, bu barədə “Reuters” Aİ-dəki yüksək vəzifəli şəxsə istinadən yazıb. Mənbə bildirib ki, bu, Niderland vətəndaşlarının fikrinə məhəl qoymamaq kimi görünsə də, Aİ Kiyevə verdiyi vədi yerinə yetirməlidir. O əlavə edib ki, Avropa Komissiyası öz təklifinə miqrant axını zamanı viza rejiminin müvəqqəti bərpasını nəzərdə tutan qoruyucu maddə daxil edəcək.

 

Xatırladaq ki, Niderlandda keçirilən Ukrayna ilə Aİ arasında assosiasiya haqqında sazişin ratifikasiyasına dair referendumda 38,1 faiz əhali lehinə, 61,1 faizi isə əleyhinə səs verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR