Bank Of Baku

Zelenski rus dilinin Ukraynada qorunan dillər siyahısından çıxarılması ilə bağlı qanunu imzalayıb

Volodimir Zelenski

© APA | Volodimir Zelenski

# 12 iyun 2026 23:33 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski rus dilini Ukraynada Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyasının müddəalarının tətbiq olunduğu dillər siyahısından çıxaran qanunu (№ 4699-IX) imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk məlumat verib.

O, bunun Ukrayna dil məkanının qorunması və Avropa öhdəliklərinin yerinə yetirilməsi üçün vacib bir qərar olduğunu deyib.

"Rus dili Ukraynanın Xartiya müddəalarını tətbiq etdiyi dillər siyahısından çıxarılıb. Bu, ədalətli və məntiqli bir qərardır. Təcavüzkar dövlətin dili yerli xalqların və milli icmaların dillərini dəstəkləmək üçün yaradılmış qoruyucu vasitələrdən faydalana bilməz", - Stefançuk bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR