Bank Of Baku

Aİ Türkiyəni iyunun 1-dək qaçqın axınını dayandırmağa çağırıb

Aİ Türkiyəni iyunun 1-dək qaçqın axınını dayandırmağa çağırıb
# 05 mart 2016 01:49 (UTC +04:00)

Bakı-APA. Türkiyə hökuməti, Ankara-Brüssel arasında əldə olunan razılaşma qüvvəyə minənədək, yəni iyunun 1-dək Avropaya qaçqın axınını dayandırmalı və ya xeyli azaltmalıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri Hansyorq Xaber deyib.

 

“Röyters”in məlumatına görə, Xaber həmçinin əlavə edib ki, Türkiyə vətəndaşlarının Avropaya girişinə tətbiq edilən məhdudiyyətlərin oktyabrda aradan götürülməsi heç də avtomatik olmayacaq.

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ötən gün Ankaranın viza rejimini yenidən nəzərdən keçirməsi ilə əlaqədar ölkəyə qaçqın axınının xeyli azaldığını bildirib.

 

Qeyd edək ki, 2015-ci ilin noyabrın 29-da keçirilmiş Aİ-Türkiyə sammitində razılaşdırılan tədbirlər planına əsasən, Türkiyə  Aİ-yə miqrant axınının qarşısının alınmasına səylər göstərməlidir və Ankaraya ayrılacaq 3 mlrd avro və Türkiyənin  Aİ-yə üzvlüyünə dair danışıqların aktivləşdirilməsi müqabilində qaçqınların öz ərazisində yerləşdirməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR