Bank Of Baku

Almaniya Bundestaqının deputatı ABŞ-a buraxılmır

Almaniya Bundestaqının deputatı ABŞ-a buraxılmır
# 29 yanvar 2017 06:47 (UTC +04:00)

Almaniya Bundestaqında 53 yerə sahib olan “İttifaq-90/Yaşıllar” fraksiyasının xarici məsələlər üzrə eksperti Omid Nuripur ABŞ prezidenti Donald Trampın bu həftə imzaladığı fərmanla əlaqədar bu ölkəyə səfər edə bilmir.

 

APA-nın məlumatına görə, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

 

Buna səbəb 1975-ci ildə Tehranda anadan olan, 2002-ci ildə Almaniya vətəndaşlığı alan O. Nuripurun hələ də İran pasportuna sahib olmasıdır. O. Nuripur Bundestaqda Almaniya-ABŞ parlament qrupunun sədrinin müavinidir və bununla əlaqədar tez-tez ABŞ-a səfər etmək məcburiyyətindədir. O, indiyə qədər ABŞ-ın 50 ştatından 40-a səfər edib. D. Trampın fərmanı ilə İran vətəndaşları ilə bərabər ikili vətəndaşlığa malik şəxslərin də ABŞ-a səfərinə qadağa qoyulub.

 

O. Nuripur deyib ki, onun timsalında D. Trampın tətbiq etdiyi qadağanın nə dərəcədə absurd olduğu ortaya çıxır: “Almaniya hökuməti tək mənim yox, ABŞ-ın yeni qadağasının təsirinə məruz qalan bütün Almaniya vətəndaşlarını müdafiə etməlidir. Almaniya Vaşinqtonun fəaliyyəti ilə bağlı cavab tədbirləri görməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR