Bank Of Baku

Almaniyada qatarda sərnişinlərə balta ilə hücum edənin kimliyi məlum olub - YENİLƏNİB

Almaniyada qatarda sərnişinlərə balta ilə hücum edənin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 19 iyul 2016 01:12 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Vürtsburq şəhərində qatarda sərnişinlərə balta ilə hücum edənin kimliyi məlum olub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, cinayəti 17 yaşlı Əfqanıstan vətəndaşı törədib. Onun adı hələ ki, açıqlanmır.

 

Hadisə nəticəsində xəsarət alan 15 nəfərdən 3-ün vəziyyəti ağır olaraq qalır. Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.

 

Cinayətin motivləri hələ ki, məlum deyil. Hadisənin terror hücumu olub-olmamasına dair məlumat verilməyib.

 

***

 

01:42

 

Bakı-APA. Almaniyanın Vürtsburq şəhərində naməlum şəxs qatarda sərnişinlərə balta ilə hücum edib.

 

APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, nəticədə 15 nəfər xəsarət alıb.

 

Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı polis araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR