Almaniyanın Köln şəhərində yaşayış binasında partlayış baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insidentə səbəb qaz balonun partlaması olub.
Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.
İlkin məlumata əsasən, partlayış binanın zirzəmisində yerləşən səsyazma studiyasında qeydə alınıb. Yaxınlıqdakı tikililərə ziyan dəyməyib. Polis faktla bağlı araşdırma aparır.