Bank Of Baku

Almaniyada Yeni il bayramında partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb

Almaniyada Yeni il bayramında partlayış törətməyi planlaşdıran şəxslər saxlanılıb
# 03 yanvar 2017 23:44 (UTC +04:00)

Almaniyanın Şimali Reyn-Vestfaliya torpağında Yeni il bayramında partlayış törətməyi planlaşdıran iki şəxs saxlanılıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxslərin mənzillərində axtarış zamanı 150 kq-dan çox pirotexniki vasitə aşkarlanıb.  Müsadirə edilmiş pirotexniki vasitələrin bir qismi zərərsizləşdirilib.

 

Saxlanılan şəxslər özlərini həvəskar pirotexnik adlandıraraq, partlayış törətmək niyyətində olmadıqlarını bildiriblər. Hazırda saxlanılanlar istintaq təcridxanasında saxlanılırlar. Onların terrorçu qruplaşmalarla əlaqəli olduğu istisna edilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR