Bank Of Baku

Alp dağlarında beş alpinist ölüb

Alp dağlarında beş alpinist ölüb
# 16 fevral 2017 13:01 (UTC +04:00)

Bu gün Alp dağlarının İtaliyaya aid hissəsində beş alpinist ölüb, bir nəfər xəsarət alıb.

 

APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisəyə buzlağın bir hissəsinin çökməsi səbəb olub. Məlumata görə, bir qrup alpinist Fransa ilə sərhəddə olan Vale-Daosta vilayətindəki dağa çıxmaq istəyib. Dağ yamacındakı buz onların üzərinə düşüb. Nəticədə 5 alpinist ölüb, biri xəsarət alıb. Xəsarət alan alpinist helikopterlə ərazidən uzaqlaşdırılıb. 


Bu, son həftədə Alp dağların bu hissəsində baş verən sayca ikinci hadisədir. Bir neçə gün əvvəl baş vermiş insident zamanı dörd alpinist ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR