Bank Of Baku

Amsterdamda 90 ingiltərəli azarkeş saxlanılıb

Amsterdamda 90 ingiltərəli azarkeş saxlanılıb
# 24 mart 2018 03:38 (UTC +04:00)

Futbol üzrə Niderland və İngiltərə yığma komandaları arasında yoldaşlıq matçı ərəfəsində Amsterdamda saxlanılan ingilis azarkeşlərinin sayı 90-a çatıb.

 

APA-nın məlumatına görə, bu barədə məlumat Amsterdam polisinin “Tvitter” səhifəsində verilib.

 

Bundan əvvəl 28 nəfərin saxlanıldığı, o cümlədən birinin yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilirdi. Məlumata görə, İngiltərələri azarkeşlər Amsterdamda ictimai asayiş pozub, polis əməkdaşları və kanallarda qayıqla səyahət edən insanlara butulkalar atıb.

 

Qeyd edək ki, Niderland-İngiltərə matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR