Bank Of Baku

Ankarada Rusiya səfirini öldürən şəxs kimsəsizlər qəbiristanlığında dəfn ediləcək

Ankarada Rusiya səfirini öldürən şəxs kimsəsizlər qəbiristanlığında dəfn ediləcək
# 12 yanvar 2017 08:56 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən Mövlud Mert Altıntaş kimsəsizlər qəbiristanlığında dəfn ediləcək.

 

APA-nın “Hurriyyet”ə istinadən verdiyi  məlumata görə, artıq Türkiyə Ədliyyə Nazirliyi müvafiq işlərin başlanması ilə bağlı qərar verib.

 

Məlumata görə, terrorçunun yaxınlarına cənazənin götürülməsi üçün verilən 15  gündən çox vaxt keçsə də, Altıntaşın heç bir qohumu ona yiyə durmayıb. Terrorçunun meyiti 24 gün morqda  qalıb.

 

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR