Bank Of Baku

Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb

Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
# 19 yanvar 2017 02:22 (UTC +04:00)

Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı 2 nəfər saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılan polis əməkdaşı Sercan Başar  və iş adamı Enes Asım Silin FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinirlər.

 

Hər iki şəxsin Sincan həbsxanasına göndərildiyi bildirilir. Məlumata əsasən, Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib.

 

Xatırladaq ki,  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR