Bakı-APA. Türkiyənin paytaxtı Ankarada Taksim Gəzi parkında baş verən hadisələrə etiraz əlaməti olaraq Kennedi küçəsində aksiya keçirilib.
Axşam saatlarından etibarən Tunalı Hilmi küçəsində toplanan qrup şüarlar səsləndirərək Taksim Gəzi parkı etirazlarına dəstək verib. Daha sonra qrup, Kennedi küçəsinə doğru yürüş edib. Polis, qrupa dağılışmaq barədə xəbərdarlıq edib.
Bundan sonra etirazçılardan biri küçədə gözləyən TOMA-nın önündə yerə uzanıb. Polis təkidlərindən sonra etirazçı aksiyasını başa çatdırıb.
Bundan sonra hadisə yerinə Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Əminə Ülkər Tarhan və bəzi digər millət vəkilləri gəliblər.
Millət vəkilləri polislə danışıqlardan sonra küçədə bir müddət oturaraq etirazçılara dəstək veriblər.