Bank Of Baku

ATƏT DTİHB direktoru: “İrəvanda yüzlərlə etirazçının saxlanılması ciddi narahatlıq doğurur”

ATƏT DTİHB direktoru: “İrəvanda yüzlərlə etirazçının saxlanılması ciddi narahatlıq doğurur”
# 25 iyun 2015 08:44 (UTC +04:00)

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Georq Link deyib.

 

“Etirazçılara qarşı su şırnaqlarından istifadə olunması və yüzlərlə etirazçının saxlanılması ciddi narahatlıq doğurur”, - deyə o qeyd edib.
 

DTİHB direktoru bildirib ki, etirazçılara qarşı ifrat dərəcədə güc tətbiqi və kütləvi həbslərlə bağlı məlumatlar qərəzsiz, ətraflı və dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzasını almalıdır.


Qeyd edək ki, Ermənistanda elektrik enerjisi tariflərinin artırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilir. Etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edilib və 237 nəfər saxlanılıb. Paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. Etiraz dalğası dünən gecə də canlanıb və hazırda davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR