Bank Of Baku

Hacıqabulda açıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO

Hacıqabulda açıq ərazidə yanğın başlayıb - FOTO  - VİDEO
# 10 iyun 2026 17:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR