Bakı. Şamil Əlibəyli – APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) bu il oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidələrə başlayıb. ATƏT-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidə missiyasına italiyalı Matteo Mekaççi rəhbərlik edəcək. Missiya Tiflisdə qərarlaşacaq 16 beynəlxalq ekspertdən və bölgələrə gedəcək 28 uzunmüddətli müşahidəçidən ibarət olacaq. Müşahidəçilər ATƏT-ə üzv olan 24 ölkəni təmsil edirlər.
Missiya üzvləri ölkə rəsmiləri və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək və seçki günü məntəqələrdə müşahidə aparacaqlar. Yekun hesabat təxminən 2 ay sonra dərc olunacaq.
Qeyd edək ki, Gürcüstanın Mərkəzi Seçki Komitəsinə 54 nəfərin namizədliyi irəli sürülüb.