Bank Of Baku

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsini Elmar Məmmədyarovla müzakirə etmək niyyətindədir

ATƏT sədri Dağlıq Qarabağ münaqişəsini Elmar Məmmədyarovla müzakirə etmək niyyətindədir
# 03 aprel 2016 01:52 (UTC +04:00)

Bakı-APA. ATƏT sədri və Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətinin məlumatında bildirilir.   

 

“ATƏT-in hazırkı sədri Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla  telefon danışıqları aparıb. O Azərbaycan XİN rəhbəri  Elmar Məmmədyarovla da danışıqlar aparılacağını qeyd edib”, - deyə məlumatda bildirilib.  

 

Ştaynmayer cəbhə bölgəsində yaranmış vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR