Bakı. Viktoriya Dementyeva – APA. Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-6-da keçiriləcək iclasına hazırlıq başlayıb. APA-nın xəbərinə görə, təşkilat komitəsinin ilk iclasında toplantının təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı qəbul edilib. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib ki, XİN rəhbərlərinin görüşü Ukraynanın təşkilatdakı sədrliyinin kulminasiya tədbiri olacaq.
Kiyevdə keçiriləcək yığıncaqda Ukraynanın sədrliyinin yekunları, ATƏT-in müasir beynəlxalq təhlükəsizlik arxitekturasında rolunun möhkəmləndirilməsi müzakirə olunacaq, ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi üçün vacib qərarlar qəbul ediləcək.