Bank Of Baku

Avropa Birliyi və Avropa Şurası Gürcüstan həbsxanalarında birgə proqram həyata keçirir - FOTO

Avropa Birliyi və Avropa Şurası Gürcüstan həbsxanalarında birgə proqram həyata keçirir - <span style="color: red;">FOTO
# 09 iyul 2013 13:49 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis (Gürcüstan) şəhərində “Həbsxanalarda və digər qapalı müəssisələrdə insan haqları” layihəsinin təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Avropa Birliyinin (AB) Gürcüstandakı ofisinin rəhbəri Katerina Boloneze açaraq qeyd edib ki, Gürcüstan həbsxanalarında Avropa Birliyi və Avropa Şurası birlikdə proqram həyata keçirməyə başlayıb.

 

Avropa Birliyinin Gürcüstandakı xüsusi məsləhətçisi Tomas Hammarberq çıxışında insan haqları və Konstitusiya islahatlarından danışıb. Gürcüstanın cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari, daxili işlər naziri İrakli Qaribaşvili, ədliyyə naziri Tea Tsulukiani, Gürcüstan ombudsmanı Uça Nanuaşvili, Avropa Birliyinin kriminal departamentinin rəhbəri Tanya Rakusiç-Hadzic və başqaları layihə ətrafında rəhbərlik etdikləri qurumların işi barədə hesabat xarakterli fikirlərini bildiriblər.

 

Sozar Subari çıxışında 5 il Gürcüstanda işləyən Tomas Hammarberqə minnətdarlığını bildirib. Nazir Gürcüstanda həbsxanaların durumu və buradakı səhiyyə barədə ətraflı məlumat verərək deyib ki, bir neçə il əvvəl həbsxanalarda 24,5 min məhbus vardısa, indi cəmi 9400 məhbus qalıb: “Biz çalışacağıq ki, məhbuslar üçün nümunəvi şərait yaradaq. Hazırda hər məhbusa 4 kv. metr yer düşür və tezliklə bu artacaq. Qeyd edim ki, şərait olmadığına görə biz 2 həbsxananı bağlamışıq. Həbsxanalarda kadrlarımızın təkmilləşməyi və attestasiyadan keçməyi vacibdir. İndiyədək həbsxanalarda çalışan 60 nəfər vəzifədən azad olunub. Səhiyyə sahəsində də irəliləyişlər var. Əvvəllər hər məhbusun sağlamlığı üçün 180 dollar vəsait ayrılırdısa, indi bu vəsait 680 dollar olub”.

 

Tədbir diskussiya şəraitində davam edib. İştirakçıları gələn ilin birinci yarımilliyində necə fəaliyyət göstərmək barədə sənəd qəbul ediblər. Tədbirdə Gürcüstanda akkreditə olunan beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR