Bank Of Baku

Avropa İttifaqı Türkiyəyə əlavə 3 milyard avro ayırmağa hazırdır

Avropa İttifaqı Türkiyəyə əlavə 3 milyard avro ayırmağa hazırdır
# 07 mart 2016 17:54 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Türkiyəyə 2018-ci ilin sonunadək əlavə 3 milyard avro məbləğində maliyyə yardımı ayırmağa hazırdır.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

 

Məlumata əsasən, Avropa İttifaqı Türkiyə ərazisindən suriyalı qaçqınları qəbul etməyə hazır olduğunu bildirib. Bunun müqabilində rəsmi Ankaraya Yunanıstan adalarından deportasiya olunan miqrantları qəbul etmək təklif olunur.

 

Həmçinin Avropa İttifaqı planlaşdırıldığından əvvəl 2016-cı il, iyunun sonunadək Türkiyə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsinə hazırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR