Bank Of Baku

Avropa Komissiyası Yunanıstana 35 milyard avro ayıra bilər

Avropa Komissiyası Yunanıstana 35 milyard avro ayıra bilər
# 23 iyun 2015 01:57 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyası Yunanıstan iqtisadiyyatının inkişafına 35 milyard avro ayıra bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bəyan edib.

 

“2015-2020-ci illəri əhatə edən proqramda Yunanıstana 35 milyard avronun ayrılması nəzərdə tutulub. Bu məbləğ həm ölkə büdcəsinin möhkəmlənməsinə, həm də iqtisadiyyatın müxtəlif sahələrinə yönəlib”, deyə J-K.Yunker bildirib.

 

Onun sözlərinə görə, Avropa Komissiyası Yunanıstanda iş yerlərinin çoxalması və əhalinin sosial müdafiəsinin gücləndirilməsində maraqlıdır. “Artıq 2015-ci ilin ikinci yarım illiyində Yunanıstana 1milyard avro ayrıla bilər”, J-K.Yunker əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR