Bank Of Baku

Avropa parlamentariləri Vano Merabişvili ilə görüşməyi planlaşdırıblar - FOTO

Avropa parlamentariləri Vano Merabişvili ilə görüşməyi planlaşdırıblar - <span style="color: red;">FOTO
# 03 iyun 2013 16:42 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Avropa fövqəladə nümayəndə heyətinin tərkibinə Libor Royçek, Krjiştof Lisek, Yan Kojlovski, Boris Zala, Anemi Neyts-Utebrok, Rişard Çjarnetski, Ulpike Lunaçek, Eldar Məmmədov (Riqadan) və Avropa Birliyinin Gürcüstandakı səfiri Filip Dimitrov qatılıb. Məlumata görə, bu gün Avropadan gələn fövqəladə nümayəndə heyəti ictimaiyyət nümayəndələri ilə görüşüb və tədbirə jurnalistlər buraxılmayıb. Məlumata görə, tədbirdə Gürcüstanda baş verən 17 may hadisələri, sosial vəziyyət və digər aktual məsələlər müzakirə olunub. Bu gün nümayəndə heyəti gürcü jurnalistləri ilə də görüşüblər. Tədbir qapalı olub. “Liberali” jurnalının əməkdaşı Şorena Şaverdaşvili APA-ya açıqlamasında tədbirdə medianın problemlərinin müzakirə olunduğunu bildirib: “Biz seçkidən əvvəl və sonra medianın problemlərini və reklam bazarı məsələlərini müzakirə etdik. Qeyd etdik ki, müasir Gürcüstanda media azaddır, amma maliyyə sarıdan mətbuat axsayır. Bu fikirlə tədbirdə iştirak edən bütün jurnalistlər razılaşdı” - deyə Şorena Şaverdaşvili bildirib.

 

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Avropa parlamentinin deputatı Krjiştof Liçek bildirib ki, onların məqsədi sabah sabiq daxili işlər naziri Vano Merabişvili ilə görüşmək və onun qohumlarına V. Merabişvili ilə görüş üçün icazə almaqdır. Məlumata görə, bu gün nümayəndə heyətinin baş nazir Bidzina İvanişvili ilə görüşü gözlənilir.

 

Avropa parlamentariləri sabah bir sıra dövlət nümayəndələri ilə görüşəcək və mayın 5-də Gürcüstanı tərk edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR