Bank Of Baku

Aİ Şurası Gürcüstanla vizasız rejimin tətbiqini təsdiqləyib

Aİ Şurası Gürcüstanla vizasız rejimin tətbiqini təsdiqləyib
# 27 fevral 2017 11:38 (UTC +04:00)

Avropa İttifaqı Şurası Gürcüstanla vizasız rejimin tətbiq edilməsini təsdiqləyib.

 

APA-nın xəbərinə görə, bu barədə qurumun mətbuat katibliyi açıqlama yayıb. Müvafiq qərara əsasən bundan sonra Gürcüstan vətəndaşları 180 günlük müddətdə 90 günədək Aİ ölkələrinə vizasız səfər edə biləcək.

 

Martın 1-də Avropa Parlamentinin prezidenti və Avropa İttifaqına sədrlik edən ölkənin nümayəndəsi qanunvericiliyə dəyişiklikləri imzalayacaq. Bundan sonra dəyişikliklər Aİ-nin jurnalında dərc olunacaq və 21 gün sonra qüvvəyə minəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR