Bank Of Baku

Avropa Şurasının baş katibi Türkiyə hökumətini nümayişçilərlə dialoqa çağırıb

Avropa Şurasının baş katibi Türkiyə hökumətini nümayişçilərlə dialoqa çağırıb
# 17 iyun 2013 11:19 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Türkiyə hökumətini təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsinin yalnız məcburi hallarda həyata keçirilməsi və adekvat olmasını təmin etməyə çağırıb. APA-nın xəbərinə görə, T. Yaqland Türkiyədəki hadisələri diqqətlə izləməyə davam etdiyini deyib və tərəfləri dialoqa çağırıb.

 

Baş katib xatırladıb ki, sərbəst toplaşmaq azadlığı Avropa İnsan Haqları Konvensiyasında əksini tapan hüquqlardan biridir: “Əlbəttə, bu, mütləq bir haqq deyil, lakin bütün məhdudiyyətlər qanunla tənzimlənməlidir”.

 

T. Yaqland hakimiyyəti nümayişlərin dinc xarakterini və bütün vətəndaşların təhlükəsizliyin təmin etməyə çağırıb: “Təhlükəsizlik qüvvələrinin müdaxiləsi yalnız məcburi halda olmalıdır və adekvat həyata keçirilməlidir. Gözyaşardıcı qazlardan qapalı yerlərdə, o cümlədən xəstəxanalarda istifadə olunması yolverilməzdir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR