Bank Of Baku

Avropada 10 nəfər daşqınların qurbanı olub

Avropada 10 nəfər daşqınların qurbanı olub
# 04 iyun 2013 21:21 (UTC +04:00)

APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, daha 9 nəfər itkin düşmüş hesab olunur. Çexiya hökuməti təbii fəlakət nəticəsində 7 nəfərin öldüyünü rəsmi təsdiq edib.  

 

Praqada məşhur Karlov körpüsü ehtiyat baxımından bağlanıb, şəhər zooparkında saxlanılan heyvanlar xüsusi qülləyə köçürülüb. “Staropramen” pivə istehsalı zavodu və bir neçə kimyəvi müəssisəsi fəaliyyətini müvəqqəti dayandırıb.      

 

Leysan yağışları səbəbindən Dunay və bir sıra iri çaylarda suyun səviyyəsi xeyli artıb.  

 

Cənubi Almaniyanın federal torpaqlarına - Saksoniya, Tyuringiya, Bavariya və Baden Vürtenberqə ciddi ziyan dəyib. Reyn, Mayn və Nekkar çaylarında gəmilərin hərəkəti dayandırılıb. Fövqəladə fəlakət rejimi Avstriyanın şimal-qərb bölgələrində elan olunub. Torpaq  sürüşməsi səbəbindən bu bölgələrdə qatarların hərəkəti də dondurulub.     

 

Leysan yağışları İsveçrədə hələ də davam edir. Buradakı göllərdə suyun səviyyəsi xeyli artıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR