Bank Of Baku

Avstriya-İtaliya sərhədində miqrantlarla polis arasında toqquşma olub

Avstriya-İtaliya sərhədində miqrantlarla polis arasında toqquşma olub
# 04 aprel 2016 03:04 (UTC +04:00)

Bakı-APA. Avstriya-İtaliya sərhədində yerləşən Brenner aşırımında miqrantlarla polis arasında toqquşma baş verib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.

 

Bildirilir ki, toqquşmaya səbəb miqrantların aqressiv davranışı olub. Etirazçılar  Avropa ölkələrinin qapılarının miqrantların üzünə bağlanmasını pisləyiblər.

 

Xatırladaq ki, aprelin 4-dən rəsmi Ankara ilə Avropa İttifaqı arasında əldə olunan razılığa əsasən qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR