Bank Of Baku

Baş nazir: “NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək”

Baş nazir: “NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək”
# 30 yanvar 2017 17:41 (UTC +04:00)

NATO qüvvələri Estoniyada may ayında yerləşdiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Estoniyanın baş naziri Yuri Ratas bildirib.

 

“Çox güman ki, bu NATO-nun Estoniyada mayda nəzərdə tutduğu təlim zamanı baş verəcək”, deyə Y.Ratas qeyd edib.

 

O əlavə edib ki, Estoniya bununla bağlı müdafiə xərclərini artırmaq niyyətindədir. 2017-ci ilin büdcəsində hərbi xərclərin ÜDM-un 2,17%-i təşkil edəcəyi planlaşdırılır.

 

Qeyd edək ki, ötən il Varşavada keçirilən NATO sammitində 2017-ci ildə Latviya, Litva, Estoniya və Polşada NATO qüvvələrinin yerləşdirilməsinə dair qərar qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR