Bank Of Baku

Baş nazir: "Bu il Gürcüstana gələnlərin sayı 7 milyondan çox olub"

Baş nazir: "Bu il Gürcüstana gələnlərin sayı 7 milyondan çox olub"
# 27 dekabr 2017 09:20 (UTC +04:00)

Gürcüstanın şərq və qərb hissəsində logistik mərkəzlər tikiləcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.
 

Hökumət başçısı bildirib ki, müasir standartlara cavab verəcək iki logistik mərkəzin inşasına tezliklə başlanacaq: “Bu yaxınlarda bu layihələrlə bağlı tender elan olunacaq”.


G.Kvirikaşvili qeyd edib ki, bu günlərdə inşasına rəsmən start verilən Anaklia dərin dəniz limanı Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verəcək. Baş nazir 2018-ci ildə Gürcüstan iqtisadiyyatının daha dinamik inkişaf edəcəyini vurğulayıb: “2017-ci il turizm sahəsi üçün uğurlu olub. Gürcüstana səfər edən ziyarətçilərin sayı 7 milyondan çoxdur. Əminəm ki, 2018-ci ildə bu sahədə daha böyük uğurlar əldə olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR