Almaniya hökuməti Əfqanıstandakı “Taliban” rejimi ilə əldə olunan razılaşma əsasında əfqan cinayətkarların vətənlərinə deportasiyasını sürətləndirəcək.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, gələcəkdə ayda üç çarter reysi həyata keçirmək mümkün olacaq.
“Bundan əlavə, müntəzəm reyslərlə fərdi qaydada geri qaytarılmalar da istənilən vaxt mümkündür”, - deyə o qeyd edib.
Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi ilə Əfqanıstanın faktiki hakimiyyəti arasında danışıqlar texniki səviyyədə aparılıb. Berlin “Taliban” hökumətini rəsmi olaraq tanımadığı üçün danışıqlar bu formada xarakterizə olunur.