Bank Of Baku

Batumidə Türkiyənin iş adamları ilə görüş keçirilib

Batumidə Türkiyənin  iş adamları ilə görüş keçirilib
# 10 mart 2016 00:06 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Martın 9-da Batumi şəhərində Türkiyənin və Gürcüstanın baş konsulluğunun təşəbbüsü ilə keçirilən görüşdə türk iş adamları Gürcüstanın qəbul etdiyi  vergi qanunvericiliyi ilə tanış olublar.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş iştirakçıları ölkənin vergi sahəsində çalışan rəhbər şəxslərinin çıxışlarını dinləyərək qanunvericilik, kiçik biznes ilə bağlı gömrük qaydaları  və biznesin inkişafı üçün digər vacib məsələlər barədə  ətraflı məlumat əldə ediblər.

 

Tədbirdə Gürcüstan Gəlir Xidmətinin rəis müavini Vaxtanq Laşkaradze, gömrük departamentinin müdiri Vladimir Xundadze, xidmət şobəsinin rəisi Giorgi Bubuteişvili çıxış edərək türk iş adamlarını maraqlandıran sualları cavablandırıblar.

 

Tədbirdə Türkiyənin Gürcüstandakı  baş konsulu Yasin Temiskani, Gürcüstandakı ticarət attaşesi Mikayıl Deverlioglu, Türkiyənin  gömrük attaşesi  Özəayi  Kutlu və Türkiyə biznes dairəsinin nümayəndələri  iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR