Bakı-APA. Milan məhkəməsi bazar ertəsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini qalmaqallı «Rubi işi»nə görə 7 il azadlıqdan məhrum edib.
Bundan əlavə, məhkəmənin qərarına görə, Berluskoni ömürlük dövlət postlarını tuta bilməyəcək.
Keçmiş baş nazirə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelində başlayıb. İstintaq Berluskonini mərakeşli 18 yaşına çatmamış «Rubi» ləqəbli Kərimə əl-Marutla hədiyyə və pul mükafatı əvəzində intim əlaqədə günahlandırıb.