Bank Of Baku

Binəli Yıldırım: "Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”

Binəli Yıldırım: "Önəmli olan “Reina” cinayətini törədənin arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”
# 17 yanvar 2017 08:40 (UTC +04:00)

”İstanbulda yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda terror aktı törədən şəxs dindirilir”. 

 
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 
 
B. Yıldırım deyib ki, bununla bağlı bir çox detallar var, amma istintaq mərhələsindədir: "Zamanla bu barədə ictimaiyyətə məlumat veriləcək. Önəmli olan alçaq cinayəti törədən şübhəlinin saxlanılması və onun arxasındakı qüvvələrin ortaya çıxarılmasıdır”. 
 
Qeyd edək ki, “Əbu Məhəmməd Xorasani” kod adlı Abdulkadir Maşaripov  əməliyyat-axtarış tədbirləri nəticəsində İstanbulun Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
 
Xatırladaq ki, Yeni il gecəsi İstanbulun Ortaköy məhəlləsindəyerləşən “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR