Bonisi. Nizami Məmmədzadə-APA. Aprelin 9-da Bolnisi Mədəniyyət Mərkəzində (BMM) 9 aprel qurbanlarının anım günü ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə rayonunun azərbaycanlı və gürcü ziyalıları, ictimaiyyət nümayəndələri və məktəbliləri iştirak ediblər. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anaraq, 80-ci illərin sonunda Gürcüstanda başlanan milli azadlıq hərəkatı, sovet imperiyasının mürtəce siyasətindən, sovet ordusunun qəddarlığından, 9 aprel hadisəsindən və indiyədək faciəyə hüquqi qiymət verilməməsindən danışıblar.
Tədbirdə Kəpənəkçi, Qoçulu, Ayorta, Bala Muğanlı və Həsənxocalı kənd orta məktəblərinin şagirdləri Azərbaycan və gürcü şairlərinin şerlərini hər iki dildə söyləyiblər.
Qeyd edək ki, 1989 - cu il aprel ayının 8-dən 9-na keçən gecə sovet imperiyasının ordusu Tiflis şəhərinin mərkəzindən keçən Rustaveli prospektində əli yalın nümayişçilərə qarşı güc tədbiq edərək 21 nəfəri qətlə yetiriblər.