Bank Of Baku

Boris Tadiç: “Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq çox vacibdir”

Boris Tadiç: “Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq çox vacibdir”
# 29 iyun 2013 23:49 (UTC +04:00)

APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün jurnalistlərə Serbiyanın keçmiş prezidenti Boris Tadiç bəyan edib.

 

Qeyd edək ki, Boris Tadiç Gürcüstan parlamentində keçirilən Cənubi Qafqaz siyasətçilərinin forumunda fəxri qonaq qismində iştirak edir.   

 

“Gürcüstan, Azərbaycan və Ermənistanın bu forumda iştirak etməsi çox vacibdir. Bu ölkələrin gənc siyasətçiləri ərazi məsələlərin həlli, əməkdaşlıq və sair mühüm məsələləri müzakirə edirlər. Hazırkı inkişaf mərhələsində Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq çox vacibdir”, deyə Tadiç qeyd edib.   

 

Niderlandın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan forum iyunun 30-da yekunlaşacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR